Yuxarı

İraqda partlayışlar ara vermədi: uşaqlar öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqda partlayışlar ara vermədi: uşaqlar öldü

İraqın təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, paytaxtı Bağdad və yaxınlığındakı şəhərlərə bombalı hücumları təşkil edilib.

Axar.az xəbər verir ki, hücumlarda ümumilikdə 1-i uşaq olmaqla 9 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

Paytaxtın cənubunda yerləşən Mədain qəzasının Vardiyyə bölgəsində çay evinin yaxınlığında, yol kənarına yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Bağdadın qərbində bir parkda bomba partlaması 1 uşağın həyatına son qoyub. Partlayışda 4-ü qadın olmaqla 10 nəfər yaralanıb.

Diyalə şəhərində baş verən partlayışda 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib. Bakubədə bir avtomobili hədəf alan digər hücumda isə avtomobil sürücüsünün həlak olduğu, 4 nəfərin yaralandığı qeyd edilib.

Devr əz Zira səmtində də bombalı avtomobilin hərbi patrul avtomobilinin keçdiyi vaxt partlaması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edək ki, təhlükəsizliyin zəif olduğu İraqda belə hallar tez-tez baş verir.

Tarix
2015.02.20 / 14:02
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan bizə avtobuslar verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Azərbaycanla hüquqi yardım haqda saziş imzaladıq

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla