Yuxarı

ABŞ-dan İŞİD-i məhv edəcək möhtəşəm plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan İŞİD-i məhv edəcək möhtəşəm plan

ABŞ İraq və Suriyada terrora davam edən İŞİD təşkilatını məğlubiyyətə uğratmaq üçün üç istiqamətdən hərəkətə keçəcək.

Axar.az xəbər verir ki, İŞİD-ə qarşı döyüşəcək 5 min müxalifə təlim keçmək üçün Türkiyə ilə müqavilə bağlayan Obama hökuməti təlimi üçün 400 əsgər göndərəcəyini açıqlayıb.

Müxaliflərin Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdəki düşərgələrdə təlim alacağı bildirilib.

İlk hədəf Raqqa

İŞİD-ə ağır zərbə vurmaq istəyən Obama rəhbərliyi suriyalı kürd və müxalif qruplarla əməkdaşlıq edərək terror təşkilatının Suriyadakı mərkəzi Raqqaya hücum edəcək.

Kürd və müxalif qrupların Raqqa bölgəsindəki 19 yaşayış məntəqəsini İŞİD-dən təmizlədiyi bildirilir.

ABŞ Mosul üçün vaxt verdi

ABŞ İŞİD-ə ən güclü zərbəni aprel və may ayında vurmağı qarşısına məqsəd qoyub.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı CENTKOM-dan verilən açıqlamada Mosulun geri qaytarılması üçün hücumun aprel və may ayında təşkil edilə biləcəyi qeyd edilib.

CENTKOM rəsmisi İŞİD-ə qarşı həyata keçiriləcək hava hücumları ilə bağlı jurnalistlərə açıqlama verib. İraqın ikinci böyük şəhəri Mosulun idarəçiliyinin təşkilatın əlindən geri alınması üçün hücumun aprel və may ayında başlaya biləcəyini bildirən CENTKOM işçisi ən az 20 min iraqlı və kürd qüvvələrindən ibarət hərbi qüvvəyə ehtiyac duyulan əməliyyatın vaxtının iraqlı və kürd qüvvələrin döyüşə nə vaxt hazır olacağına bağlı olduğunu bildirib.

Tarix
2015.02.20 / 15:27
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla