Yuxarı

Gecə əyləncəsinə qatılan 15 qız və oğlan həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gecə əyləncəsinə qatılan 15 qız və oğlan həbs edildi

İranın mühüm dini mərkəzlərindən sayılan Qum şəhərində gecə qonaqlığına qatılan daha 15 qız və oğlan həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə İranın hökumət saytları məlumat yayıb.

Bildirilir ki, yerli polis qüvvələri Qumun Sələfçəqan məntəqəsinin kəndlərindən birində bir bağ evində qız və oğlanların bir araya gəlməsi barədə məlumat əldə etdikdən sonra həmin kənddə əməliyyat keçiriblər. Əməliyyat zamanı axşam qonaqlığına dəvət edilən və musiqi sədaları altında birlikdə rəqs edən 15 qız və oğlan həbs edilib.

Polis əməkdaşlarının bağ evində yoxlama apardığı, 1500 litrə qədər müxtəlif növ spirtli içki aşkarlayaraq götürdüyü bildirilir.

Tutulan gənclərin hazırda harada saxlanması və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2348-dən çox qız və oğlan həbs edilib.

Tarix
2020.02.08 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla