Yuxarı

İrəvanın sərhəddə diversiya cəhdinə Rusiyadan reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın sərhəddə diversiya cəhdinə Rusiyadan reaksiya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və təhlükəsizlik sferasında Ermənistan-Rusiya əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində stabilliyi təmin edə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan-Azərbaycan sərhədindəki situasiyanın eskalasiyasını şərh edərkən deyib.

“KTMT Azərbaycan-Ermənistan sərhədindəki situasiyanın neqativ ssenari üzrə inkişaf etməyəcəyi, eskalasiyanın olmayacağına dair faktor və zəmanətçi kimi vacib rol oynayır. Bu vacib və nüfuzlu təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində həmçinin təhlükəsizlik sferasında Rusiya-Ermənistan ikitərəfli qarşılıqlı fəaliyyəti də var. Düşünürəm ki, bu, stabillik və sülhün təmini üçün kifayət qədər nüfuzlu faktorlardır”, – deyə o bildirib.

Qeyd edək ki, 24 fevralda Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdi baş vermişdi. Cəhdin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu məhv edilmişdi.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdu.

Tarix
2020.02.27 / 16:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla