Yuxarı

Kerri: “Bu, İrana əbədi qadağan edilib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerri: “Bu, İrana əbədi qadağan edilib”

"İrana nüvə silahı əldə etmək əbədi qadağan edilib".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib. O, Senatın Təsisatlar Komitəsində konqresmenlərin suallarını cavablandırıb:

"İranın nüvə proqramı məsələsinin diplomatik yolla həll edilib-edilməyəcəyini indi demək çətindir. Güc tədbirlərindən əvvəl diplomatik yol sınanmalıdır. Hərb variantı hər zaman var və bu alternativi hələlik ortadan qaldırmamışıq. Bunu anlamanızı istəyirəm. İranın nüvə silahı əldə etməsinə icazə verən müqavilədə buna hər hansı imkan verən məqam yoxdur. İrana nüvə silahı əldə etmək əbədi qadağan edilib. Çünki bu, İranın da qəbul etdiyi Nüvə Silahının Yayılmaması barədə Müqavilənin təbiətinə ziddir".

Qeyd edək ki, 1961-ci ildə BMT-nin Baş Assambleyası Nüvə Silahının Yayılmaması barədə müqaviləni yekdilliklə qəbul edib. Müqavilədə artıq nüvə silahına malik olan ölkələrin bu silah üzərində lazımi nəzarəti təmin etmələri və nüvə silahı olmayan dövlətlərə ötürməmələri qeyd olunub. Eyni zamanda qeyri-nüvə ölkələrindən nüvə silahını istehsal etməmək və nüvə dövlətlərindən bu cür silahları almamaq tələbi qoyulub.

Tarix
2015.02.26 / 11:48
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla