Yuxarı

Bu ölkə bəladan xilas olmaq üçün 5 milyard ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə bəladan xilas olmaq üçün 5 milyard ayırdı

Fransa Prezidenti Emmanuel Makron elmi tədqiqatlar üçün 10 il müddətinə 5 milyard avro ayırıb.

Axar.az xəbər verir ki, Fransa Prezidenti COVID-19 virus epidemiyasının qızğın vaxtında Paster İnstitutunun koronavirus üzrə çalışan tədqiqatçıları ilə görüşdən sonra bu qərarı qəbul edib.

O bildirib ki, Milli Tədqiqat Agentliyinin büdcəsinin artırılması tədqiqatçıların karyerasının dəyərləndirilməsi, gənc professorlar üçün yeni kafedralar yaradılması və tədqiqat sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.

Tədqiqat üçün ayrılmış bu məbləğ hazırlanmaqda olan Tədqiqatların Çoxillik Proqramlaşdırılması Qanunu (LPPR) çərçivəsində həyata keçiriləcək.

Koronavirus epidemiyası ilə bağlı elmi tədqiqatlar bu gün dünya ölkələrinin diqqət mərkəzindədir.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidentinin COVID-19 virusuna qarşı vaksin hazırlayan CureVac laboratoriyasını almaq cəhdinə Almaniyanın İqtisadiyyat naziri Peter Altmalier “Almaniya satılmır” deyə cavab verib.

Almaniya koronavirus epidemiyasından ən az ölüm olan ölkədir. Martın 17-dək Almaniyada koronavirus epidemiyasına 8604 yoluxmaya qarşı 23 ölüm, Fransada isə 7730 yoluxmaya 175 ölüm olub.

Tarix
2020.03.20 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla