Yuxarı

Davudoğludan B planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Mosul əməliyyatına şiə qüvvələrinin qatılmayacağını bildirib.

Axar.az xəbər verir ki, Portuqaliya səfərindən sonra ABŞ-a gedərkən təyyarədə jurnalistlərə açıqlama verən baş nazir Süleyman Şah əməliyyatının B planını açıqlayıb:

"Əgər biz itki versəydik və ya hücum ilə qarşılaşsaydıq, polis bölməsinə qədər olan sahəni tamamilə nəzarət altına alacaqdıq. Bizə hücum edən kim olursa olsun, hədəf olacaqdı, bütün hücum ünsürləri yox ediləcək, həmin ərazi nəzarət altına alınacaqdı".

İraq ordusunun İŞİD nəzarətində olan Mosula qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Türkiyənin aktiv yardım edəcəyini deyən baş nazir birbaşa əməliyyatlarda iştirak etməyəcəklərini vurğulayıb:

"Türkiyə birbaşa İraq, ya da Suriyada hər hansı bir qarşıdurmanın tərəfdarı deyil. Mosula dəstəyimiz olacaq. Amma birbaşa deyil. Türkiyəyə birbaşa hücum olarsa, anında cavab verərik. Buna potensialımız da var, qüdrətimiz də".

Davdoğlu Mosula İŞİD məğlub edildikdən sonra sünni silahlı qüvvələrin yeridilməsinin vacib olduğunu bildirib:

"Bura sünni milli gözətçi qüvvələrinin yerləşdirilməsi lazımdır. Türkiyənin Suriya ilə bağlı qayğıları koalisiyadan fərqlidir. Koalisiya İŞİD Mosuldan çıxmasını müvəffəqiyyət hesab edir. Doğrudur, bu şərtdir. Amma bizim üçün İŞİD yox olduqdan sonrakı vəziyyət də əhəmiyyətlidir. İŞİD-in boşaltdığı yerə Suriya rejimi girməməlidir. Və ya İraqdakı şiə qüvvələri daxil olmamalıdır".

Tarix
2015.03.05 / 12:54
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla