Yuxarı

“İsrail-Tehran hədələmələri sadəcə söz oyunudur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əslində, ABŞ rəhbərliyi də gözəl anlayır ki, İranın İsrailə ünvanladığı təhdidlər, eyni zamanda İsrailin Tehrana yönəlik hədələri sadəcə söz oyunudur və açıq İran-İsrail müharibəsindən söhbət belə gedə bilməz".

Bu sözləri Axar.az-a açıqlamasında "Oğuz" müstəqil araşdırmaçılar qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu hazırkı İsrail-ABŞ münasibətlərini və İranla ABŞ arasındakı danışıqları təhlil edərkən deyib.

O, mövcud şəraiti dəyərləndirərkən ABŞ-ın xüsusilə indi İrana qarşı tutduğu mövqeyi dəyişməyə məcbur qaldığını vurğulayıb.

"Mövcud acı reallıq - Yaxın Şərqdəki son vəziyyət, iqtisadi böhran, İŞİD faktoru, Əsəd rejiminin bütün proqnozları alt-üst edərək hakimiyyətdə qalması, İranın bütün bu proseslərdən xeyli avantajlı çıxması, Yəmən hadisələri və s. diktə edir ki, ABŞ İranla münasibətlərində müəyyən korrektələr etsin. Təbii ki, ABŞ-İran münasibətlərinin tezliklə düzələcəyini ehtimal etmək və ya bu iki dövlət arasındakı buzların əriyəcəyini söyləmək absurd olardı. Amma o da faktdır ki, bu münasibətlərdə müvəqqəti də olsa istiləşmə gedəcək".

Politoloq İranla İsrail arasındakı münasibətlərə toxunarkən bu münasibətlərin real olmadığını vurğulayıb.

"Əslində, ABŞ rəhbərliyi də gözəl anlayır ki, İranın İsrailə ünvanladığı təhdidlər, eyni zamanda İsrailin Tehrana yönəlik hədələri sadəcə söz oyunudur və açıq İran-İsrail müharibəsindən söhbət belə gedə bilməz. Belə bir müharibənin olması hər iki dövlət üçün son dərəcə faciəli nəticələrə səbəb ola bilər. Bu iki dövlət indiyədək son 30 ildə sadəcə biri-birini təhdid etməklə, əslində, ümumdüşmən obrazı yaradaraq bundan qazanıblar. İsrailin yaxın müttəfiqi kimi ABŞ da bu obrazlara inandığını göstərərək, əslində, İslam inqilabı ilə əlindən çıxmış iqtisadi üstünlüklərin əvəzini sanksiyalarla çıxmağa çalışıb. Lakin indi vəziyyət dəyişib. Və ABŞ mövqeyini dəyişməyə məcburdur. Bu ona Yaxın Şərqdə öz mövcudluğunu qorumaq üçün son dərəcə vacibdir. ABŞ və İsrailin qorxusu yalnız Türkiyənin bölgədə artan siyasi gücü və ya İranın öz ətrafında ciddi "şiə zənciri" formalaşdırması deyil. Yadınıza 2011-ci ilin avqust ayında Çin-İraq-İran-Suriya arasında imzalanan bir müqaviləni salmaq istərdim. Həmin müqaviləyə görə, İran qazı bir boru xətti ilə Qırmızı dənizə axıdılacaqdı. Bu layihə ilə Çin, İran üzərindən Şərqi Qırmızı dənizə bağlanacaqdı. Əslində bu, bir tərəfdən Avropanın Rusiyanın qaz asılığından qurtulması baxımından əhəmiyyətli hesab oluna bilər, digər tərəfdən isə reallaşacağı təqdirdə Çin bölgədə söz sahibi ola bilmək imkanı əldə edəcəkdi. Məhz Avropanın son zamanlar İrana münasibətdə daha loyal yanaşmasının gerçək səbəblərindən biri kimi bunu da göstərmək mümkündür. Lakin ABŞ, son Ukrayna proseslərinə qədər hələ də tərəddüd içində idi. Məsələ heç də yalnız İrana mübasibətdə yeni yanaşma sərgiləməkdən getmir. Bu, Türkiyəyə və bir sıra aparıcı ərəb ölkələrinə münasibətdə də özünü göstərir. Yəni proseslərin sürətli inkişafı yeni manevrlər etməyə sövq edir. Və İranla münasibətlər də bu kontekstdə qiymətləndirilir. Həm də ABŞ-İsrail münasibətləri elə dərin və stratejidir ki, bu münasibətlərin tamamilə soyuyacağı və ya qırılacağı barədə danışmaq gülünc olardı".

Tarix
2015.03.06 / 13:59
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya - Foto

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya

Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

Bu, Əliyevin qələbəsidir - Solonnikov

Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla