Yuxarı

Türkiyədə komendant saatı başladı, cəzalar ard-arda gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə komendant saatı başladı, cəzalar ard-arda gəldi

Türkiyədə aprelin 11-də gecə 00.00-dan etibarən qüvvəyə minən iki günlük komendant saatını pozduqlarına görə 2 min 756 nəfərə hüquqi və inzibati cəza tətbiq olunub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb. Bu qərar bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısını almaq üçün tətbiq olunan qabaqlayıcı tədbirlərə kömək məqsədilə qəbul olunub.

Qeyd edək ki, iki günlük evdən çıxmaq qadağası Ankara, İstanbul, İzmir və digər mərkəzi şəhərlər daxil olmaqla, ölkənin 31 vilayətini əhatə edir. Rəsmi məlumata görə, iki günlük ev şəraitində qalma məhdudiyyəti ölkə əhalisinin 63,64 milyonuna aiddir. Bu qadağa orta hesabla əhalinin 70 faizinə şamil olunur.

Ümumilikdə götürüldükdə, ölkə ictimaiyyətinin əsas hissəsi iki günlük evdən çıxmaq qadağasını anlaşıqla qarşılayıb. Baxmayaraq ki, aprelin 10-da qadağan vaxtına bir neçə saat qalmış bəzi dükan və marketlərə axın olmuşdu. Gün ərzində isə küçə və meydanlar boş olub. Yalnız xüsusi icazəsi olan şəxslərin evdən çıxmasına icazə verilib.

Bu gün bələdiyyələr, eləcə də dövlət qurumları və dərnəklər, xeyriyyə cəmiyyətləri tərəfindən xüsusilə ehtiyacı olan, telefonla müraciət edən ailələrin evlərinə çörək və digər gündəlik tələbat malları çatdırılıb. Türkiyədə dövlətin və əhalinin böhran hallarında qüvvələri birləşdirmək ənənəsi mövcuddur.

Tarix
2020.04.11 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla