Yuxarı

Kim Çenin "ölümü": Koreyada inqilab olacaq? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kim Çenin "ölümü": Koreyada inqilab olacaq? - Video

09:00

Kim Çenin ölməsi ehtimalı olduqca aşağıdır, lakin səhhətində müəyyən problemlər ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Georgi Bulyçev deyib.

Onun sözlərinə görə, dəqiq məlumatlar olduqca az insan tərəfindən bilinir:

“Yapon və çinli jurnalistlər bu şəxslərin arasında deyil. Kim Çenin 12 apreldən bəri prosedur keçdiyi bəlli idi. Ölkədəki duruma və məlumat axınına diqqət edəndə qorxunc vəziyyətdən söhbət gedə bilməz. Bəzi proseslər yolunda getməyə bilər, lakin deyilənlər olduqca şişirdilib.

Bu mövzuya böyük maraq göstərilir. Bu yöndə hər cür məlumatlar bir çox insan tərəfindən araşdırılacaq. Bir çoxları bu mövzuda hər hansı xəbər yazaraq mövzunu ələ almağa çalışacaq. Bunun təşkilatlandırılmış bir məsələ olduğunu düşünürəm”.

Bulyçev Kim Çinin ölümündən sonra inqilab, yaxud qiyam olması etimalını da dəyərləndirib. Ekspert əlavə edib ki, Şimali Koreyada uzun müddətdir iqtidar bəlli bir qrupa məxsusdur:

“Bu aristokratlar dördüncü nəsildir və aralarında qohumluq əlaqəsi var. Hər şeyə ali səviyyədə, bu elit təbəqənin daxilində qərar veriləcək. Hələlik "Kim Çen yox olarsa, nə baş verəcək” sualına cavab yoxdur”.

Qeyd edək ki, Çin mediası Kim Çenin öldüyünü iddia edib. Cənubi Koreya isə onun yaşadığını açıqlayıb.

Tarix
2020.04.27 / 10:22
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla