Yuxarı

"Paşinyanın reytinqi karantinə qədər düşürdü, indi də..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Paşinyanın reytinqi karantinə qədər düşürdü, indi də..."

Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür.

Axar.az xəbər verir ki, politoloq Artur Atayev bu fikri “İzvestiya” qəzetinə müsahibəsində Ermənistanda koronavirusun yayılması ilə bağlı faciəli vəziyyəti şərh edərkən söyləyib. “Xəstə mövzu: Ermənistan nə üçün koronavirus üzrə rekordçudur” sərlövhəli məqalədə qəzet Ermənistanın koronavirus üzrə “antirekordu” haqqında yazıb.

Məqalədə deyilir: “Ermənistan koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı üzrə Zaqafqaziyada birinci yeri tutur. Respublikada 11.221 pasiyentdə infeksiya aşkar edilib, 176 nəfər ölüb. Əhalisinin sayı Ermənistandan üç dəfə çox olan Azərbaycanda 6260 insan yoluxub, 76 nəfər həlak olub. Gürcüstanda bütün pandemiya dövründə 800 yoluxma, 13 ölüm qeydə alınıb”.

Məqalənin müəllifi İqor Karmazinin fikrincə, ölkədə infeksiyanın yayılmasına qarşı mübarizə üzrə radikal tədbirlər görülməsinə baxmayaraq, nə məmurlar məhdudiyyətlərə riayət edirdi, nə də sakinlər. Məqalədə deyilir: “Məmurlar özləri səhlənkar münasibətə təhrik edirdilər. Səhiyyə naziri Arsen Torosyan yazın əvvəlində keçirdiyi mətbuat konfransında bu tədbirə maska taxmış vəziyyətdə gəlmiş jurnalistləri lağa qoyurdu. Torosyan bildirirdi ki, koronavirusu təhlükəli hesab etmir. O deyirdi: “Spesifik dərmanlar lazım deyil. Ümumiyyətlə, onu adi qrip kimi müalicə edirlər”. Başqa siyasətçilər də məhdudlaşdırıcı tədbirlərə məhəl qoymurdular. Ermənistan parlamentinin deputatları arasında vuruşmanın videosu şəbəkədə geniş yayılmışdı. Mayın 8-də onlar kommunal ödənişlərlə bağlı fikir ayrılıqlarına görə əlbəyaxa oldular. Aydındır ki, dalaşqan deputatlar sosial məsafəyə riayət etmirdilər. Mayın 21-də qondarma “dağlıq qarabağ respublikası”nın (“dqr”) yeni “prezidenti”nin inaqurasiyasından sonra daha bir qalmaqal qopdu. Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdə görünür ki, Ermənistan və “dqr” hökumətlərinin üzvləri sosial məsafəyə və qoruyucu maskalara məhəl qoymurlar. Bütün bunların nəticəsində vətəndaşlar arasında da karantinə sərin münasibət yarandı”.

Politoloq Artur Atayev vəziyyəti şərh edərək bildirib ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri (təsirləri) etiraz əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Ekspert deyir: “Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür”. Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər”.

Tarix
2020.06.06 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Orbanı təbrik etdi

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla