Yuxarı

"Səudiyyə Ərəbistanı İrana qarşı İsraillə birləşdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Səudiyyə Ərəbistanı İrana qarşı İsraillə birləşdi”

"Anti-Yəmən koalisiyasına Səudiyyə Ərəbistanı başçılıq etsə də, gücü və dəstəyi İsraildən alır".

Axar.az xəbər verir ki, açıqlama ilə REAL hərəkatının İcra Katibi Natiq Cəfərli çıxış edib. O, İsrailin İranın bölgədəki gücünü azaltmağa çalışdığını bildirib:

"Əslində Yəməndə çox ciddi Səudiyyə-İran qarşıdurması var. İran öz praqmatik və ardıcıl siyasəti ilə İraqda və Suriyada ciddi oyunçuya çevrilib. İraqda hətta İran qoşunları İŞİD-ə qarşı ABŞ instruktorları ilə birgə vuruşurlar. Yəməndə də İran son zamanlar ciddi söz sahibi olur. Yəməndə müxalifət "Husilər"dir, şiə tayfalarıdır, İran onlara ciddi dəstək verir, vuruşmağı bacaran qəbilələrdir. İran daha qlobal oynayır: son günlər Qərb-İran danışıqları son mərhələyə qədəm qoyub, çox güman ki, ilkin razılıq yaxın həftələrdə olacaq. Yəməndəki uğuru İranı danışıqlarda daha güclü edir, bu da ilk növbədə təbii ki, həm İsrailin, həm də Səudiyyənin xoşuna gəlmir. İsrail bacardıqca bu danışıqların uğursuzluqla bitməsinə çalışır, Səudiyyə də bu danışıqlardan məmnun deyil: Qərb-İran yaxınlaşması və anlaşması Səudiyyənin əhəmiyyətini azaldır. Buna görə də çox güman ki, indiki anti-Yəmən koalisiyasına Səudiyyə başçılıq etsə də, gücü və dəstəyi İsraildən alır. Bir sözlə, Yaxın Şərqdə daha bir ciddi oyun başlayır, arzu edək ki, bu təriqət davasını daha da qızışdırmayacaq, onsuz da bu bölgə qan çanağıdır".

Tarix
2015.03.27 / 09:30
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla