Yuxarı

Türkiyəni müharibəyə qoşmaq istəyirlər – Təzyiq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğan Türkiyənin tarixi təsir zonalarını qaytarmaq istəyən şəxsdir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib.

O, hazırda Türkiyə üçün bir neçə həyati əhəmiyyətli təhlükənin yarandığını bildirib:

"Ərdoğan ABŞ və xüsusilə NATO təsirindən canını qurtarıb özünün Qafqazla Yaxın Şərqdəki mövqelərini gücləndirmək istəyir. Lakin bunu ona asan şəkildə verməyəcəklər. Ərdoğana nisbətən ciddi xəbərdarlıq 2013-cü ilin yayında Qərb tərəfindən edilmişdi. O zaman Türkiyə küçələrinə ekoloqlar çıxmışdılar. Hazırda Türkiyəni birbaşa Suriyadakı münaqişəyə qoşmaq üçün təzyiqlər edilir və bunlar getdikcə artır. Kürdlər uzun müddət Türkiyə hakimiyyəti üçün təhlükə kəsb ediblər. Lakin mənim fikrimcə, hazırda Ankara üçün Abdulla Öcalanı içəridə saxlamaq sərfəli deyil. Belə ki o, Türkiyə-Amerika və Türkiyə-Avropa dialoqlarında, eləcə də başqa məsələlərdə Ankara üçün önəmli vasitə ola bilər. Bundan başqa, əgər ABŞ İranı öz standartları əsasında yenidən formalaşdırsa, bu, Türkiyə üçün yeni təhlükənin yaranması demək olacaq. Həmin zaman bütün regional vəziyyət dəyişəcək və İran Türkiyənin ən yaxşı dostu olan Azərbaycana ciddi təzyiqlər göstərmiş olacaq. Ekoloqlar da Ərdoğan üçün təhlükədir. Hazırda ölkədə küçə çıxışları üçün ciddi potensial var. Belə olacağı təqdirdə Türkiyə hakimiyyəti ölkədəki sosial partlayışı idarə edə bilməyəcək. Həmçinin Ankara cənubdakı İŞİD təhlükəsini də unutmamalıdır".

Tarix
2015.04.03 / 21:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev 4 fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla