Yuxarı

Mirzoyan: Azərbaycan savaşa başlasa... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyan: Azərbaycan savaşa başlasa... - Video

10:33

Bakı torpaqların itirilməsi ilə barışmayıb və onları geri qaytarmaq imkanlarını axtarır.

Axar.az xəbər verir ki, bu sözlər erməni əsilli rusiyalı politoloq Gevork Mirzoyanın “Vzqlyad” qəzetindəki məqaləsində yer alıb.

“Bu gün beynəlxalq aləm tərəfindən tanınmış istənilən dövlət “dağlıq qarabağ respublikası”nı tanımayıb. Bu sıraya Ermənistan da aiddir. İrəvanda hansısa faydalı aralıq formullar düşünülə bilər, amma Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımama erməni hakimiyyətinin onu Azərbaycanın tərkib hissəsi hesab etməsi anlamına gəlir”, – deyə o bildirib.

O, bu gün Azərbaycan Ordusunun bir sıra göstəricilərinə görə Ermənistan və Dağlıq Qarabağı ya üstələdiyini, ya da əhəmiyyətli miqdarda üstələdiyini deyib.

Mirzoyan qeyd edib ki, Azərbaycanın müttəfiqi Türkiyədir və Ankara Cənubi Qafqazda kimin hakim olduğunu göstərməyə çalışır.

Ekspertin sözlərinə görə, Türkiyə ilə Azərbaycan birgə savaşa başlayacağı halda Ermənistan həm də İrəvanın mərkəzini itirəcək.

Bununla belə, Mirzoyanın fikrincə, Ermənistanın arxasında Rusiya dayanır və Kreml özünü Qafqazın sahibi sayır:

“Moskva regionu Türkiyəyə verməyə və sərhədlərində Qara dənizdən Xəzər dənizinə qədər türk birliyinin yaranmasına hazır deyil. Moskva bunun sayəsində Yaxın Şərqlə əlaqəsinin kəsilməsini, eləcə də Şimali Qafqazın stabilliyinə təhdid yaradılmasını istəmir. Ona görə də Rusiya Ermənistanda baza saxlayır və özünün Qafqazdakı forpostunun müdafiəsinə zəmanət verir. Əgər döyüşlər Qarabağda getsə belə, Rusiya Ermənistanı dəstəksiz qoymayacaq. Azərbaycan çalışır ki, Ermənistanı Rusiyanın təhlükəsizlik qarantından məhrum etsin. Bu işdə İlham Əliyevin yardımına Nikol Paşinyan gəlir”.

Tarix
2020.07.17 / 11:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla