Yuxarı

Qalmaqal: Serb snayperləri Minskdə göründü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Müdafiə naziri Aleksandr Vulin ölkə hərbçilərinin Belarusun paytaxtı Minsk şəhərində göründüyü ilə bağlı fotoları fotomontaj adlandırıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı informasiya nazirliyin mətbuat xidməti tərəfindən yayılıb.

“Hazırda bizim 9 hərbi qulluqçumuz Belarusda, Brestdə qalır və onlar hərbi poliqonda “Snayper hüdudu” adlanan yarışa hazırlaşırlar. Bizim hərbçilər Minskə bu ilin avqust ayının 10-da çarter reysi ilə gəliblər. Onlar elə hava limanından birbaşa poliqona yola düşüblər”, - deyə, nazir bildirib.

Aleksandr Vulin serb əsgərlərinin Minsk küçələrində zirehsiz “Hammer” avtomobilində görüntülünməsini isə yalan adlandırıb. Onun sözlərinə görə, Serbiya ordusunda zirehsiz maşın yoxdur və ümumiyyətlə, dünyada öz ölkəsinin forma və nişanını daşıyan muzdlu mövcud deyil.

Aleksandr Vulun həmin fotoların bir neçə il bundan qabaq NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Hoenfels poliqonunda hərbi təlimlər zamanı çəkildiyini iddia edib.

Brestdəki şəkillərə gəlincə, nazir fotodakı şəxsin Serbiya snayper yığmasının komandiri Milentiy Ristiçə aid olduğunu etiraf edib. O, serb zabitinin Belarus ordusunun polkovnik-leytenantı Ştukla birlikdə meyvə və şirə almaq üçün gəzdiyini söyləyib.

Tarix
2020.08.16 / 18:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla