Yuxarı

Çindən ABŞ-a: Mətbuat azadlığına hörmət et!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Pekin ABŞ-ı mətbuat azadlığına hörmət etməyə çağırıb.

Axar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien sentyabrın 10-da keçirdiyi ənənəvi mətbuat konfransında bununla bağlı bəyanat verib. O, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Çin mətbuatının Birləşmiş Ştatların Pekindəki səfirinin məqaləsini yayımlamaqdan imtina etməsi ilə bağlı bəyanatını şərh edərkən belə deyib.

Çin rəsmisi bildirib ki, ABŞ və digər ölkələrin KİV-lərində olduğu kimi, “Jenmin Jibao” qəzetinin də hər hansı məqaləni dərc edib-etməmək hüququ var. Media orqanı təqdim olunan məqaləyə lazımi dəyişikliklər və düzəlişlər etmək, habelə səhv faktları ehtiva edən və yanlış fikirlərlə dolu olan hər hansı bir məqalənin çapını rədd etmək hüququna malikdir. Bütün bunlar media sahəsinin peşəkar qaydalarıdır və beynəlxalq normalara əsaslanır.

“Birləşmiş Ştatlar yanlışları söyləməyi dayandırmalı, zorakılıqdan imtina etməli və mətbuat azadlığına öz əməli hərəkətləri ilə hörmət etməlidir”, - deyə Cao Licien bildirib.

Qeyd edək ki, avqustun 26-da ABŞ-ın Çindəki səfirliyi Çinin rəsmi qəzeti olan “Jenmin Jibao”nun redaksiyası ilə əlaqə yaradaraq, səfir Teri Brənstadın məqaləsinin hər hansı düzəlişsiz çap olunması xahiş edib. “Jenmin Jibao”nun məsələyə dair cavabında ABŞ səfirinin məqaləsinin boşluqlarla dolu və faktlara ciddi şəkildə zidd olduğu bildirilib.

Tarix
2020.09.10 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla