Yuxarı

Dünyada korona ilə bağlı bir ilk: 39 dəqiqə ərzində...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada korona ilə bağlı bir ilk: 39 dəqiqə ərzində...

Almaniyanın “Boş” konserni yeni koronavirus infeksiyasının müəyyən olunması üzrə unikal avtomatlaşdırılmış test sistemi hazırlayıb. Həmin test artıq 39 dəqiqədən sonra nəticəni göstərir.

Axar.az xəbər verir ki, bu barədə kompaniyanın saytında dərc olunan press-relizdə deyilir.

“Test 39 dəqiqə ərzində etibarlı nəticəni təmin edir və o, hazırda dünyada ən sürətli test hesab olunur”, - konsernin bəyanatında belə deyilir.

Qurğu avtomobil trasları və aeroportların texniki xidmət stansiyalarının mobil test mərkəzlərində istifadə olunması üçün nəzərdə tutulub.

“Koronavirus pandemiyası ilə mübarizədə əsas məsələlərdən biri yoluxma mənbəyinin tez bir zamanda müəyyən edilməsidir. Bu səbəbdən daha sürətli nəticə almaq üçün səylərimizi ilk koronavirus testimizin təkmilləşdirilməsi üzərində cəmlədik”, - deyə kompaniyanın idarə heyətinin sədri doktor Folkmar Denner qeyd edib.

Qeyd edək ki, konsernin mart ayında təqdim etdiyi və dəqiqlik göstəricisi 95 faiz təşkil edən öncəki test sistemi koronavirusun müəyyən edilməsi üzrə nəticəni 2,5 saat ərzində çıxarırdı.

“Boş” yeni test sistemini Almaniyanın “R-Biopharm” biotexnologiya kompaniyası ilə birgə hazırlayıb. Qurğunun dəqiqliyi 98 faiz təşkil edir. İlin sonuna qədər konsern istehsalat gücünü 1 milyon testə qədər artırmağı planlaşdırır.

Tarix
2020.09.26 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Prezident və xanımı Şamaxıda açılışda...

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla