Yuxarı

Türkiyədən iddialara cavab: Qəbuledilməzdir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən iddialara cavab: Qəbuledilməzdir!

Aralıq dənizinin şərq hissəsində təxribatçı ölkə Türkiyə deyil.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç “Voll Strit Jurnal” nəşrinin iddialarına cavab olaraq deyib.

“Əksinə, Türkiyə beynəlxalq hüquq normaları çərçivəsində haqlarını qoruyan və bu haqqı görməzlikdən gəlmək istəyənlərə qarşı davamlı olaraq mübarizə aparan ölkədir. Bu çərçivədə Yunanıstan və Kipr rəhbərliyinin Şərqi Aralıqdakı birtərəfli addımları və maksimalist iddiaları da nəzərə alınmalıdır. Eksklüziv iqtisadi zona elanları, qazıntı aparmaq üçün lisenziyalar, bölgədəki enerji mənbələrini qəsb etmək təşəbbüsləri, Türkiyənin haqlarını mənimsəmə cəhdləri gərginliyə səbəb oldu. Aralıq dənizində ən uzun sahil xətti olan Türkiyəni bölgədən uzaqlaşdırmaq ideyası səhv və qəbuledilməzdir”, - səfir bildirib.

Qeyd edək ki, “Voll Strit Jurnal” nəşrində “Aralıq dənizindəki gərginlik: İki NATO müttəfiqi dəniz mübahisəsinə görə müharibə edə bilər” başlıqlı məqalə yazılıb.

Tarix
2020.09.26 / 10:58
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla