Yuxarı

BMT qarşısında Gəncə terroru ilə bağlı aksiya keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT qarşısında Gəncə terroru ilə bağlı aksiya keçirildi

Azərbaycan Nyu York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının binası qarşısında "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") şüarı ilə izdihamlı aksiya keçirilir.

Axar.az xəbər verir ki, aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu York, Boston, Nyu-Jersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının aktiv üzvləri iştirak edirlər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, eyni zamanda Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Azərbaycan-Nyu York Assosiasiyasının prezidenti Ercan Yerdelenli aksiya iştirakçıları qarşısında çıxış edərək beynəlxalq təşkilatdan Ermənistanın oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücumların hesabını sormağa çağırıb. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün BMT-yə üzv ölkələr üzərlərinə düşən məsuliyyəti dərk etməli və bu işdə Azərbaycanla birlik nümayiş etdirməlidir.

Tarix
2020.10.18 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla