Yuxarı

Yəmən müharibəsinin pərdəarxası - Təhlil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Farslarla səudlar açıq şəkildə Yəməndə müharibəyə getməyəcək".

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, proses husilərin timsalında qapalı savaş şəklində davam edəcək:

"Bu, daha təhlükəlidir. Suriya, İraq və Əfqanıstanda artıq bunun şahidi olmuşuq. Maraqlı güclər kiçik tərəfləri qabağa verməklə arxadan dəstəkləyirlər. Bu isə nəticədə qarşıdurmanın uzanmasına gətirib çıxarır. Dövlətlər müharibəyə başlayanda adətən bütün qüvvələrini səfərbər edirlər. Yəməndə isə vəziyyət başqadır. Kiçik hərəkat və təşkilatlar önə atılır, eynən İŞİD faktorunda olduğu kimi. Bu gün Yəməndə bir nömrəli maraqlı tərəf ərəb ölkələridir. Bölgədə gedən proseslərin fonunda - istər İŞİD faktoru, istərsə də Amerikanın Yaxın Şərqə yönəlik siyasətində - müəyyən dəyişikliklərin edilməsi ərəblərin aktivliyini artırır. Əslində, Ukrayna hadisələri də Yaxın Şərqə təsir edir. Artıq növbəti ay Tehran "Altılıq"la razılaşmaya yaxındır. Bu, həmin İrandır ki, razılaşma əsasında Rusiyaya tətbiq edilən sanksiyalar və Avropanın bu ölkədən qaz asılılığı məqamında son dərəcə ciddi bir tərəf-müqabilinə çevriləcək. Son 5 ildə baş verən proseslərə baxsaq, İran artıq İraq, Suriya, Livanda mövqeyini gücləndirib. İndi isə husilər vasitəsilə Yəmənə əl uzadır. Ərəb dünyası məhz bundan ehtiyat edir".

Analitik bu gün Yəməndə baş verənlərin əslində təəccüblü olmadığını bildirib:

"Hizbullah lideri keçən ilin payızında belə bir açıqlama vermişdi ki, "husiləri dəstəkləyirik və istəyirik ki, onlar da öz haqlarını tələb etsinlər". Buna paralel İranda ali dinin ruhani nümayəndələri müəyyən mesajlar ötürməyə başladılar. Burada Yəmənə səfər məsələsi var idi. Hətta Yəməndəki İran səfiri ölkədə bir Hizbullah modelinin yaranmasnı dilə gətirdi. Bütün bunlardan cəmi 3 ay sonra husilərin qiyamı baş verdi. Yəni əslində Yəmən hadisələri gözlənilən idi. 1990-ci ilin sonu 2000-ci ilin əvvəlində də husilərin dəfələrlə qiymaları baş verib. Faktlar çoxdur. Ərəb dünyası bilirdi ki, İran bundan istifadə edərək yarımadaya doğru irəliləmək üçün Yəmənə də əl uzadacaq. Məhz bu səbəbdən də az qala 60 ilə yaxın bir zamandan sonra ərəblər ilk dəfə İsraillə məşhur müharibədən sonra vahid ordu yaratmağı müzakirə etdilər. Əgər Yəməndə İranın qarşısını alınmasaydı, müharibə avtomatik Əfqanıstana, hətta Orta Asiyaya kimi gəlib çıxa bilərdi".

Onun sözlərinə görə, proseslərin gedişatında Pakistanın adının hallanması adi məsələ deyildi:

"Bu ölkədə kifayət qədər ciddi şiə nüfuzu var. İslamabad əvvəl Səudiyyəni rəsmən dəstəkləməyə hazır idi, sonradan geri çəkildi. Bunun adı şiələrdən ehtiyatlanma idi. Düzdür, husilərin şiəliyə baxışı İrandakı ənənəvi cəfəri məzhəbindən köklü şəkildə fərqlənsə də, bu onların İranı dəstəkləməsinə mane olmur. Beləliklə, yenidən Yaxın Şərqdə məzhəb kartından siyasi vasitə kimi istifadənin şahidi oluruq. Əslində bu normaldır. Çünki bu, islamdan əvvəl də var idi. Bir daha qeyd edirəm, nə İran, nə də Səudiyyə açıq müstəvidə müharibəyə keçəcək. Proses üstüörtülü şəkildə davam edəcək. İran isə maksimum dərəcədə prosesi uzatmağa çalışacaq".

Tarix
2015.05.15 / 09:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla