Yuxarı

Rusiya öz ərazisini NATO-ya niyə bağladı? - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya öz ərazisini NATO-ya niyə bağladı? - Səbəb

"Rusiya 2001-ci ildə Qərb ilə Əfqanıstanda terrora qarşı əməkdaşlığa başlayanda Ukrayna böhranı yox idi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə əfqan əsilli alman politoloq və yazar Əsədullah Oğuz çıxış edib. O, Rusiyanın öz ərazilərini NATO-nun üzünə bağlamaqla Qərbə problem yaratmağa çalışdığını deyib:

"Rusiya 2001-ci ildə Qərb ilə Əfqanıstanda terrora qarşı əməkdaşlığa başlayanda Ukrayna böhranı yox idi. Rusiyanın bir addımlığında terror problemi ortaya çıxmışdı və həmin an ABŞ ilə əməkdaşlıq etmək Rusiyaya sərf edirdi. Rusiyanın məqsədi ABŞ-ın Əfqanıstanda terrorçuları təmizləyib regiondan getməsinə nail olmaq idi. Buna görə də Rusiya öz torpaqlarını və bazalarını ABŞ və NATO-nun istifadəsinə vermişdi. Lakin daha sonra hadisələr Rusiyanın gözlədiyi kimi olmadı. ABŞ Əfqanıstanda terrorçuları tam təmizləyə bilmədi və bölgədən də çıxmadı. Taliban və Əl Qaidə kimi terror təşkilatları Mərkəzi Asiya üçün təhlükəyə çevrildilər. Hazırda Mərkəzi Asiya ilə sərhəd olan Şimali Əfqanıstana böyük bir radikal qrup toplaşır. Bu həm əfqan hökumətini, həm də Mərkəzi Asiya respublikalarının təhlükəsizliyini təhdid edir. Bu isə özlüyündə Rusiyaya 1990-cı illərdə Tacikistanda və daha sonra Çeçenistanda radikal qruplarla yaşadığı qarşıdurmaları xatırladır. Rusiya hazırda buna görə ciddi narahatdır. Moskvanın bir başqa narahatlığı isə Qərbin Ukraynanı rus təsirindən qoparmağa çalışmasıdır. Rusiya hər iki cəbhədə də özünü Qərb tərəfindən sıxışdırılmış hiss edir. Belə olan halda isə özü Qərbə çətinlik yaradır".

Qeyd edək ki, mayın 18-də Rusiya Baş naziri Dmitri Medvedyev imzaladığı fərmanla Rusiya ərazisindən hava yolu da daxil olmaqla NATO-nun Əfqanıstana hərbi təchizat və texnika daşınmasını qadağan edib.

Tarix
2015.05.21 / 11:23
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla