Yuxarı

Parisdə “Şarli” kabusu; saxlananlar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada "Şarli Hebdo" kabusu davam edir. Parisdə karikatura jurnalının hazırkı rəhbəri Lorent Suriseanın evinin şəkillərini çəkən iki nəfər şübhəli şəxs qismində saxlanıb.

Axar.az-ın məlumatına görə, fransız polisinin bu gizli əməliyyatını "La Paris" qəzeti xəbərə çevirib. Radikal islamçılardan biri ehtimal edilən şəxs "Riss" ləqəbli indiki baş redaktorun evinin şəkillərini çəkib, motosikletə minərək ərazini tərk edib. Ertəsi gün eyni işi təkrarlayan başqa bir şübhəli şəxs polisin diqqətini çəkib. Bundan sonra polisin araşdırması zamanı ilk gün gələn şübhəlinin dosyesində vaxtilə törətdiyi 20-yə yaxın cinayət işi təsbit edilib. İkinci şəxsin isə dövlətin terrorçular siyahısına saldığı adam olduğu müəyyən edilib. Ancaq polisə çağırılan bu şəxslər bir-birini tanımasını təkzib ediblər. Biri ərazidən keçdiyini, digəri isə dostunu həkimə gətirdiyini ifadəsində qeyd edib. Hər iki şəxs sərbəst buraxılıb.

Qeyd edək ki, islam peyğəmbərinin karikaturasını dərc edən "Şarli Hebdo" satirik jurnalına silahlı basqın olmuş, 12 nəfər öldürülmüşdü.

Tarix
2015.05.22 / 00:40
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla