Yuxarı

Abdullatipov qalib gəldi: Kreml uduzur – Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənd Şəhər Administrasiyasına mer seçilib.

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, şəhər administrasiyasının iclasında keçirilən səsvermə zamanı deputatların əksəriyyəti əslən Tabasarandan olan keçmiş Ədliyyə naziri Azadi Rəhimovu dəstəkləyiblər.

Qeyd edək ki, fevral ayına qədər Dərbənd Şəhər Administrasiyasının rəhbəri vəzifəsini milliyətcə azərbaycanlı olan Mövsüm Rəhimov həyata keçirirdi. Daha sonra Mahaçqaladan edilən təzyiqlər Rəhimovun öz postu ilə vidalaşmasına gətirib çıxardı. Sonradan mətbuatda əsas mübarizənin Dərbənd Bələdiyyəsinə rəhbərliklə bağlı olduğu haqqında məlumat yayıldı. Bütün klanların Yaraliyevdən narazılığı ona qarşı cinayət işinin açılması ilə nəticələndi. Yaraliyevin yerinə Moskva və Mahaçqalanın rəqibləri mübarizə aparırdı. Abdulatipov bu vəzifəyə keçmiş Ədliyyə naziri Azadi Rəhimovu gətirmək istəyirdi. Moskva isə bu vəzifəni milliyətcə azərbaycanlı olan Xanlar Paşabəyova vermək niyyətində idi. İstefaya gedənə qədər Mövsüm Rəhimov da Yaraliyevin yerinə iddialı olanlar sırasındaydı. Lakin son anda Yaraliyevin həm ləzgi milyarder Süleyman Kərimovdan, həm də özünün Moskvadakı əlaqələrindən istifadə etməsi ona qarşı cinayət işinin müəyyən müddətlik təxirə salınması ilə nəticələndi.

Bundan başqa, mətbuat indiyə qədər İmam Yaraliyevin ləzgi millətçilərindən formalaşan və Azərbaycanda terror təşkilatı kimi tanınan "Sadval"a himayədarlıq etdiyini iddia edir.

Keçən il isə Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov da Mahaçqalanın hədsiz təzyiqlərindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. O, Azərbaycan klanının Dağıstandakı ən mühüm nümayəndələrindən hesab edilirdi. Həmin dövrdə bəzi ekspertlər Qurbanovun məhz Bakı ilə yaxşı əlaqələrinin olması və azərbaycanlılar arasında böyük nüfuzuna görə istefaya göndərildiyini bildirmişdilər. Abdullatipov məhz Qurbanov vəzifədən getdikdən sonra onun yerinə Azadi Rəhimovu təyin etmək niyyətində olsa da, sonradan bu fikrindən vaz keçmişdi.

Tarix
2015.05.22 / 18:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla