Yuxarı

Azərbaycan ABŞ üçün Rusiyanı əvəz edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ABŞ üçün Rusiyanı əvəz edəcək

"Azərbaycanın strateji tərəf kimi önəmi artacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın yerini Azərbaycan və Qazaxıstanla dolduracaq:

"Hələ ötən ildən Əfqanıstana daşınan yüklərin həcminin 2-3 dəfə artırılması barədə xüsusi plan hazırlanmışdı. Həmin plana əsasən, əvvəllər Azərbaycandan daşınan yüklər təyyarə ilə aparılırdısa, indi dəniz yolu vasitəsi ilə yüklərin daşınmasına başlanacaq. Tutaq ki, Qara dənizə gələn yük dəmiryolu ilə bizim limanlara gələcək və buradan Xəzər Dəniz Gəmiçiliyi vasitəsilə Aktau şəhərinə daşınacaq. Buradan isə birbaşa Əfqanıstana aparılacaq. Beləliklə, Rusiyadan imtina edilməsinin yerini Azərbaycan və Qazaxıstan dolduracaq. Burada da əsas nöqtə Azərbaycan olacaq. Dividentlərə gəlincə isə Azərbaycan daşınacaq yüklərə görə, yüksək tariflərlə pul alacaq. İndi artıq Xəzər Dəniz Gəmiçiliyi tam gücüylə işləyəcək. Yəni bu qurumun daşıma qabiliyyəti güclüdür, amma tam istifadə olunmurdu. Ola bilər ki, Azərbaycan əlavə gəmilər alsın. Üstəlik Azərbaycana olan etimad artacaq. Yəni bunun həm maddi, həm də mənəvi tərəfi var. Azərbaycanın strateji tərəf kimi önəmi artacaq. Bundan başqa geosiyasi əhəmiyyəti də artmış olacaq".

Qeyd edək ki, bu gün ABŞ Əfqanıstandan daşınan yüklərin Rusiya üzərindən tranzitini dayandırdığını bildirib.

Tarix
2015.05.30 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla