Yuxarı

Alman mətbuatı: “Əbədi Yozef”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yozef Blatterin yenidən FİFA prezidenti seçilməsi Almaniyada böyük narazılığa səbəb olub.

Axar.az xəbər verir ki, ölkənin "Bild" qəzeti Blatteri sərt tənqid edərək "Futbol üçün quru bir gün", "Bu seçki üçün utanın" başlıqlı məqalələr dərc edib. Blatterin daha 4 il "bacarıqsızlığı" davam edəcəyi deyilən məqalədə futbolda xaosun da 4 il davam edəcəyi qeyd edilib.

"Spiegel" jurnalı da ilk səhifədə Blatteri tənqid edən məqalə ilə çıxış edib. "Oyunpozan" başlıqlı yazıda dünyanın ən böyük idman birliyi olan FİFA-dan on illərdir ki, sui-istifadə olunduğu iddia olunub.

"Süddeutsche Zeitung" qəzeti də "Əbədi Yozef" başlıqlı xəbərində "FIFA prezidenti yenidən bacardı" ifadələrinə yer verib. Xəbərdə Blatterin başçılıq etdiyi təşkilatda bir çox səlahiyyətlinin həbs olunduğu, lakin prezidentin istefa əvəzinə dünya futbolunu idarə etməkdə olduğu qeyd edilib.

Ölkənin siyasi elitası da məsələyə biganə qalmayıb. Sol Partiyanın həmsədri Bernd Riexinger Blatterə 2006-cı ildə verilən "Almaniya Federativ ləyaqət nişanı"nın geri alınmasını tələb edib.

Tarix
2015.05.30 / 18:35
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla