Yuxarı

Kennedinin ölüm əmrini Xruşşov verib – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kennedinin ölüm əmrini Xruşşov verib – Şok

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölüm əmrini SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov verib.

Axar.az xəbər verir ki, bu barədə MKİ-nin keçmiş direktoru Ceyms Vulsi və Rumıniyanın keçmiş xarici kəşfiyyat rəisi general-leytenant İon Paçepanın birgə qələmə aldıqları “Əjdaha əməliyyatı”: Kremlin Amerikaya qarşı gizli müharibəsi” adlı kitabda bildirilib.

Müəlliflərin fikrincə, Kennedini öldürən Li Harvi Osvald DTK-nın əməkdaşı olub və SSRİ onu 1957-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaponiyadakı bazasında xidmət edərkən əməkdaşlığa cəlb edib. Bildirilib ki, bəzi gizli missiyaları yerinə yetirdikdən sonra Xruşşov ona ABŞ prezidentini öldürməsini şəxsən əmr edib.

“Osvald Sovet İttifaqında qalmaq istəyirdi, amma onu Kennedini öldürməsi üçün ABŞ-a qayıtmağa razı sala bildilər. SSRİ-də bir qızla evləndirildikdən sonra 1962-ci ilin iyununda Osvaldı ABŞ-a göndərirlər. Sonradan Sovet hakimiyyəti Kennedini öldürmək fikrindən daşınıb və Osvalda bu plandan imtina etməsi deyilib. Amma o, SSRİ-yə qarşı kor məhəbbət bəsləyirdi, bu səbəbdən də əmrə tabe olmayıb”, - kitabda qeyd olunub.

Müəlliflər qeyd edir ki, bütün sübutlar Uorren komissiyasının 26 cildlik hesabatı ilə üst-üstə düşür, lakin hesabatda yazılanlar elə şifrələnib ki, orada nə yazıldığını heç kim bilmir.

Tarix
2021.02.24 / 01:07
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla