Yuxarı

Qasparyanın Nikola qarşı yeganə səhvi... - Zakaryan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasında israr etmək hüququ yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə nazirinin keçmiş müavini, xarici əlaqələr üzrə parlament komissiyasının sabiq başçısı Artak Zakaryan deyib.

“General-polkovnik Onik Qasparyan ilk Qarabağ müharibəsi, Aprel savaşı və son 2020-ci il müharibəsi zamanı düşmənə qarşı döyüşüb.

Qasparyan bütün həyatını silahlı qüvvələrə həsr edib. Sədaqətlə xidmət edib və hörmət qazanıb” , - deyə Zakaryan qeyd edib.

Müdafiə nazirinin keçmiş müavininin sözlərinə görə, Onik Qasparyanın tək səhvi kapitulyasiyadan dərhal sonra Nikol Paşinyanı həbs etməməsi idi:

“Qasparyanın səhvi sizi Müdafiə Nazirliyinin bunkerində xalq qəzəbindən gizlətməsindədir. Onun alicənablığı və vətənpərvərliyi həm də ondan ibarətdir ki, müharibədən sonrakı dövrdə müxalifəti müəyyən müddət hökuməti dəstəkləməyə razı saldı”.

Qeyd edək ki, Nikol Paşinyanın Qasparyanı vəzifədən azad etməklə bağlı təqdimatını Prezident Armen Sərkisyan hələ də təsdiq etməyib.

Tarix
2021.03.02 / 14:25
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla