Yuxarı

Rus kəşfiyyatı Türkiyəyə “Həyәcan” yaşatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus kəşfiyyatı Türkiyəyə “Həyәcan” yaşatdı

F-16 Rusiya İl-20-ni səmada 2 saat izlədi

Oktyabrın 22-si Türkiyə saatı ilə 16:37-19:05 radələrində Rusiyaya aid "İL-20" tipli hərbi təyyarə Qaradənizdə, Türkiyə-Gürcüstan sərhəd bölgəsindən Türkiyə-Bolqarıstan sərhədinə qədər kəşfiyyat uşuşu edib.
"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya hərbi təyyarəsinin Ankara hava ərazisinin pozuntusunun qarşısını almaq məqsədiylə Türkiyə Hava Qüvvələri Komandirliyinə aid 2 ədəd F-16 təyyarəsinə "həyəcan" siqnalı verilib.
Göyə qalxan F-16-lar Rusiyaya aid hərbi təyyarəni Türkiyə-Bolqarıstan sərhədinə qədər izləyib. Təyyarə saat 21:05-də bölgədən uzaqlaşandan sonra Türkiyəyə aid F-16 təyyarələri geri qayıdıb. Məlumat üçün bildirək ki, İL-20 1968-ci ildən Sovetlər Birliyində kəşfiyyat təyyarəsi olaraq istifadə edilir.
Ötən əsrin sonlarından İL-20 təkmilləşdirilib və istifadəsi davametdirilib. İL-20-də yüksək keyfiyyətli "A-87P" fotoqraf cihazı, "Romb-4" irihəcmli dalğavuran, "İqla-1" radar cihazı, "Kvadrat-2" radio analizatoru ve "Vişnya" dinləmə cihazı var. İL-20 casus təyyarəsi 8 adam tutur. Rusiya mənbələrindən daxil olan məlumata görə, İl-20-nin Türkiyə üzərindəki kəşfiyyat uçuşu 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiadası ilə bağlı ola bilər.

Tarix
2013.10.24 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla