Yuxarı

Tiflis daşqın fəsadını aradan qaldırır - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis daşqın fəsadını aradan qaldırır - Foto

İyunun 13-dən 14-nə keçən gecə saat 00.30 radələrində Gürcüstan paytaxtında baş verən güclü leysan yağışlar Tiflisdə bir çox fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun hadisə yerində olan müxbirinin məlumatına görə, Tiflisin mərkəzindən axan Vera çayının daşması nəticəsində yollar, Kür çayı boyunca uzanan prospekt və küçələrə, həmçinin dövlət və bir sıra şirkətlərin ofis və obyektlərinə, binaların birinci mərtəbəsinə sel suları dolub, yollar çöküb və torpaq sürüşməsi baş verib.

Hazırda gecə də olsa, Tiflisin təbii fəlakət nəticəsində fəsadlar olan küçələrində təmizlənmə işləri dayanmır. Tiflisdə Kür çayının sol sahili boyunca uzanan Heydər Əliyev adına Sahil küçəsində də güclü sel suları dağıntılar əmələ gətirib və küçənin körpüdən keçən yolunda asfalt tamamilə yararsız hala düşüb və güclü daşqın bir neçə avtomobili ağzına alaraq Kür çayının sahilindəki səkilərə və körpünün dirəklərinə çırpıb. Hazırda həmin sahədə güclü texnika işləyir və xilasetmə dəstələri çalışırlar.

Bu saatlarda Vake-Saburtalo ərazisində fəsadlar aradan qaldırılır, həmçinin zooparkın mütəxəssisləri Tiflis və onun ətrafına qaçan vəhşi heyvanları tutmaqla məşğuldur. Zoopark rəhbərliyinin bildirdiyinə görə, hazırda Tiflisin küçələrindən 17 vəhşi heyvan tutulub.
Məlumata görə, Vera çayının daşması nəticəsində 12 nəfər Gürcüstan vətəndaşı boğularaq ölüb və yenə də axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 24 nəfərin itkin düşdüyü bildirilir. Fəlakət nəticəsində evsiz qalan ailələr isə otellərə və digər hazır evlərə köçürülüb.

Qeyd edək ki, hazırda Gürcüstan hökuməti bütün vacib dövlət tədbirlərini təxirə salıb və yalnız Tiflisdəki fəlakətin fəsadlarını aradan qaldırılmasını təşkil edir. Hökumət Tiflis meriyasına fəsadları aradan qaldırmaq üçün ilk mərhələdə 10 milyon lari ayırıb. TBS-Bank bu gün fəlakət nəticəsində xəsarət alan hər bir Gürcüstan vətəndaşına 50 min lari yardım etməyi qərara alıb. Bank bu vacib köməyə şirkətlərin və vətəndaşların da qoşulması üçün çağırış edib.

Gürcüstanda fəaliyyət göstərən SOCAR şirkəti də Tiflisdə daşqınlar zamanı yaranan fəsadların aradan qaldırılmasına qoşulub. Bu gün şirkət tərəfindən şəhər infrastrukturunun bərpası üçün 10 000 litr benzin ayrılıb. Bundan başqa, təbii fəlakət zamanı xəsarət alan ailələrə kömək üçün şirkət tərəfindən 50 000 lari ayrılıb və həmçinin SOCAR rəhbərliyi tərəfindən əhaliyə kömək üçün digər imkanlara da baxılacaq.

Qeyd edək ki, sabah azərbaycanlıların kompakt yaşadığı Marneulidən də Marneuli Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə könüllülər dəstəsi fəsadların aradan qaldırılmasına kömək üçün səhər tezdən Gürcüstan paytaxtına yola düşəcəklər. Gürcüstanın Maliyyə Naziri Nodar Xaduri bildirib ki, daşqınlar zamanı 40 milyon maddi ziyan dəyib və yenə də hesablamalar aparılır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sərəncamına əsasən, fəsadların aradan qaldırılması üçün Fövqəladə Qərargah yaradılıb və qərargahda tez-tez həyata keçirilən məsələlər müzakirə olunur. Fəsadların aradan qaldırılması üçün Dövlət təhlükəsizliyi və böhranların idarə edilməsi Şurası bütün işləri tənzimləyir.

Tarix
2015.06.15 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla