Yuxarı

Kremldən qorxub, bəhanə gəzən Qərb - İngilis professor

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Brüsseldə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın artıq heç kəsi təəccübləndirməyəcəyini söylədi. Optimist olduğu görünür. Əslində, bir çox Avropa lideri 2008-ci ildə Gürcüstanda baş verən müharibədən, habelə Ukraynaya qarşı elan olunmamış müharibədən və 2014-cü ildə Krımın ilhaqından dərs çıxarmayıb.

Axar.az xəbər verir ki, bunu "Politiko" nəşrinə London Kral Kollecinin professoru Kristofer Mayer bildirib.

"Ancaq ritorika yenidən kəskinləşir. Rusiya qoşunları Ukrayna sərhədləri boyunca şübhəli davranırlar. Və Moskvanın bu dəfə də Avropanı "təəccübləndirəcəyi" ehtimalı yenidən yüksəkdir. Avropa maraqlarına çox böyük ziyan olacaq. Bu dəfə Qərb liderlərinin səhv mövqe tutması üçün heç bir bəhanəsi olmayacaq", - Mayer bəyan edib.

O, Rusiyanın nominal müdafiə xərclərinin Avropanın birlikdə xərclədiyinin 1/4-ni təşkil etdiyini vurğulayıb.

"Sürpriz effekt gücü artır. Kremlin strategiyasında da bu mühüm rol oynayır. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatından böyük deyil. Moskva 2009-cu ildən bəri öz ordusuna böyük sərmayə qoysa da, yenə də planları barədə insanları düşünməyə vadar edir.

Nəticədə Qərb rəsmiləri Rusiyada kimə qulaq asacaqlarını çox vaxt bilmirlər. Məsələn, 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibəsindən və Krımın ilhaqından əvvəl Putinin müşaviri Sergey Qlazyev Moskvanın artıq Ukraynanın bir dövlət kimi statusunu təmin edə bilməyəcəyini söylədi və rusiyapərəst bölgələrin birbaşa Rusiya hökumətinə müraciət edəcəyi təqdirdə, müdaxilə edilə biləcəyini etiraf etdi. Avropalı məmurların əksəriyyəti bu xəbərdarlıqlara ya məhəl qoymadılar, ya da etibarsız saydılar. Əvəzində Rusiya xarici işlər naziri Sergey Lavrovun təminatlarını dinlədilər.

Bu dəfə Rusiya qoşunları Ukrayna sərhədinə gətirilərkən, başqa bir Kreml rəsmisi - Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ukraynanın "sonunun başlanğıcı"ndan danışdı. O dedi ki, Donbasda etnik rusları hədəf alan hər kəs ayağından deyil, başından vurulacaq. Bu dəfə Avropa liderləri bu sözlərin daxili auditoriyası üçün nəzərdə tutulduğunu nəzərə alaraq rədd etməsəydilər, müdrik addım olardı.

Qərb liderləri bir diplomatik həll yolunu qəbul etməlidirlərmi? Kiyevə maddi dəstək verməyə və Rusiyanı cilovlamaq və ən pis ssenarini pozmaq üçün güclü sanksiyalar tətbiq etməyə hazırdırlarmı? Bu suallar ən yaxşı halda işğaldan əvvəl deyil, sonra cavablandırılır.

Qərb liderləri ona görə əfv edilir ki, Rusiyanın 2008 və 2014-cü illərdəki təcavüzünü "sürpriz" sayırlar. Ancaq yenə özlərini aldatmalarına icazə versələr, artıq bu, bəhanə olmayacaq".

Tarix
2021.05.01 / 09:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla