Yuxarı

Formula-1 Türkiyə Qran-Prisi ləğv oluna bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-1 Türkiyə Qran-Prisi ləğv oluna bilər

İyunun 13-də keçirilməsi nəzərdə tutulan Formula-1 Türkiyə Qran-Prisi ləğv oluna və ya təxirə salına bilər.

Axar.az xəbər verir ki, Türkiyədə koronavirusla bağlı vəziyyətin ağır olması Formula-1 rəhbərliyini çətin vəziyyətə salıb. Böyük Britaniya hökumətinin koronavirusa görə Türkiyəni “qırmızı zona”ya salması vəziyyəti çətinləşdirib. Britaniyaya gələnlər “qırmızı zona” ölkələrindən geri qayıtdıqdan sonra 10 gün ərzində karantində qalmalıdır ki, bu da britaniyalı Formula-1 funksionerlərinin planlarına daxil deyil. Yeni qanunda idmançılara güzəşt nəzərə alınmayıb.

Formula-1 komandalarından 7-sinin bazası Böyük Britaniyadadır. Almaniya mətbuatının yazdığına görə, hazırda Formula-1 rəhbərliyi bir neçə variant haqda fikirləşir. Hətta Azərbaycanla Türkiyə Qran-Prisinin yerlərinin dəyişdirilməsi də müzakirə olunur. Türkiyə Qran-Prisi ümumiyyətlə ləğv edilsə, onun yerinə yarış İtaliyadakı Mucella avtodromunda təşkil edilə bilər. Hətta Almaniyanın Hokkehaym avtodromunun da adı variantlardan biri kimi səslənir.

Türkiyə Qran-Prisi bu mövsüm ləğv olunan Kanadadakı yarışın yerinə təqvimə salınıb.

Yaxın vaxtlarda Formula-1 rəhbərliyinin məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Tarix
2021.05.11 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla