Yuxarı

“Kürdlər üçün ayağa qalxan Qərb bu dəfə susacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kürdlər üçün ayağa qalxan Qərb bu dəfə susacaq”

"Bütün bu olanlar bir daha Türkiyənin zamanında Qərbin bütün təzyiqlərinə rəğmən PYD-yə niyə yardım etmədiyini ortaya qoydu".

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu danışıb. Onun sözlərinə görə, hazırda mütəffiq hərəkət edən PYD və İŞİD birliyində Əsəd rejiminin də olduğunu istisna etmək olmaz:

"Altılıqla razılaşmanın imzalanmasına günlər qala yaranmış bu münbit şəraitdən Əsəd rejimi maksimum yararlanmağa çalışır. Görünür, İŞİD-ə neftlə zəngin bəzi məntəqələrdən pay söz verilib və bunun müqabilində də ələ keçirilən məntəqələr Əsəd tərəfdarı PYD güclərinə təslim edilir. Başqa bir məqam isə bütün bu olanlara ABŞ və Qərbin necə reaksiya göstərəcəyidir. Vaxtilə İŞİD-lə savaşdığında Əsəd rejimi tərəfdarı olmalarına rəğmən, Qərbin tam dəstəyini almış PYD və PKK yaraqlıları indi keçmiş düşmənləri ilə bir hərəkət edir. Guya hava zərbələri ilə İŞİD-i zəiflətməyi planlaşdırmış, lakin bütün bu müddət ərzində heç nəyə nail olmayan, bəlkə də nail olmaq istəməyən Qərb indi Azad Suriya Ordusu (ASO) timsalındakı gerçək müxalifətə, nə zamansa, PYD-yə olduğu kimi dəstək olacaqmı? İstisna etmək olmaz ki, Altılığın timsalında İranın Qərblə razılaşmasında ictimaiyyətə açıqlamayan əsas bəndlərdən biri, hətta birincisi elə Əsəd rejimi olub. Bu səbəbdən də, Kobanidə baş verənlərdən fərqli olaraq Qərbin bu dəfə olanlara səssiz qalacağını ehtimal etmək olar. Bu, həm də onunla izah oluna bilər ki, bölücü separat kürd qruplaşmalarından fərqli olaraq ASO Qərbdən daha çox Türkiyənin arxasında duran bir qüvvə olaraq tanınıb. Bu isə bölgədə Türkiyənin nüfuzunun zəiflədilməsi baxımından Qərbin xeyrinə maraqlı məqam kimi qiymətləndirilə bilər".

Tarix
2015.06.24 / 10:20
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla