Yuxarı

Daha bir təşkilatdan təhdid: “Türkiyə Suriyaya girsə...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir təşkilatdan təhdid:  “Türkiyə Suriyaya girsə...”

Suriyanın şimalına hərbi müdaxilə planlarını müzakirə edən Türkiyəyə PKK terror təşkilatından sonra növbəti xəbərdarlıq təşkilatın Suriya qolu PYD-dən gəlib.

Publika.az xəbər verir ki, PYD-nin həmsədri Saleh Müslim Türkiyənin Suriyaya ancaq NATO-nun qərarı ilə girə biləcəyini bildirib.

"Böyük dövlətlərin səlahiyyətliləri ilə danışdıq. Onların sözlərinə görə, bu sərhəd yalnız Türkiyə-Suriya deyil, həm də NATO-Suriya sərhədidir. Açıq şəkildə söylədilər ki, sərhəd xaricindəki hərbi əməliyyatlar üçün NATO-nun qərarı tələb olunur. NATO-nun qərarı olsa, çox şey dəyişər", - kürd lider deyib.

O, kürd bölgəsini qorumaq üçün İŞİD və digər güclərə göstərdiyi müqaviməti Türkiyə ordusuna da göstərəcəyini dilə gətirib.

Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan kürd dövlətinin qurulması iddialarına gəlincə, PYD həmsədri iddiaları təkzib edib və belə bir planlarının olmadığını vurğulayıb.

Xatırladaq ki, PKK terror təşkilatının Kandildəki rəhbərlərindən olan Murad Karayılan Suriyaya hərbi müdaxilənin olacağı halda Türkiyəni müharibə meydanına çevirəcəklərini söyləyib.

Tarix
2015.06.30 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla