Yuxarı

Nazir müavinləri Türkiyədə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin İzmir şəhərində kənd təsərrüfatı nazirləri müavinlərinin iclası keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclas Türkiyənin Böyük İyirmiliyə (G20) sədrliyi çərçivəsində Ərzaq təhlükəsizliyi və dayanıqlı ərzaq sistemləri üzrə Tədbirlər Planının layihəsinin hazırlanması məqsədi daşıyır.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və müavini Zaur Əliyevdən ibarət nümayəndə heyəti iştirak edir. İclasda qlobal çağırışlar fonunda ərzaq təhlükəsizliyi və dayanıqlı ərzaq sistemlərə nail olmaq üçün G20 ölkələrinin siyasət istiqamətlərini ehtiva edən Tədbirlər Planı layihəsinin məzmunu ətrafında fikir mübadiləsinin aparılması və sənəd layihəsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Tədbirdə razılaşdırılacaq sənəd 15-16 noyabr 2015-ci il tarixində Antalya şəhərində keçiriləcək G20 dövlət başçılarının iclasında qəbul ediləcək.

Tarix
2015.07.03 / 14:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla