Yuxarı

Amerikalı qubernator Əliyevlə görüşündən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı qubernator Əliyevlə görüşündən danışdı

Azərbaycanla Oklahoma ştatı arasında oxşarlıqlar çoxdur. Oklahoma da neft və qaz ixracı ilə məşğuldur. Hazırda enerjimizin 40 faizini külək enerjisindən əldə edirik. Günəş enerjisindən istifadə imkanları üzərində işləyirik və Azərbaycanın bu sahədə çalışdığını, ölkənizin alternativ enerji mənbələrinə maraq göstərdiyini görürük. Azərbaycandan yeni xətlər çəkilib ki, bunun vasitəsilə Azərbaycan qazı Avropaya çıxış əldə edib. Burada təbii ki, ABŞ-ın da dəstəyi olub.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stitt jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunan qubernator yüksək təəssüratları olduğunu deyib. "Biz enerji, şaxələnmə, yeni aeroportlar, dəmiryolları, yeni konstruksiya layihələri barədə müzakirələr apardıq. Görüşümüz səmimi idi. Həmçinin, təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında anlaşma memorandumu imzalandı. Oklahoma Universiteti azərbaycanlı tələbələrin ödəniş haqqının 57 faizini ödəməyə hazırdır. Hətta mənimlə birgə gələn heyətdə həmin universitetin professoru da var. Səfərimizin məqsədlərindən biri də kənd təsərrüfatı sahəsində çalışan şirkətlərimizi Azərbaycana cəlb etməkdir", – deyə qubernator əlavə edib.

Azərbaycanın digər regionlarına da səfər etməyi planlaşdırdığını deyən Con Kevin Stitt bildirib: "Bakının kənarına səfər edəcəyəm, Gəncəyə də səfərim olacaq. Sizin insanlarınız qonaqpərvər, yeməkləriniz dadlıdır".

Tarix
2021.07.27 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla