Yuxarı

Bakıya gəldim, bir neçə gün sonra savaş başladı – Səfir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gəldim, bir neçə gün sonra savaş başladı – Səfir

Pakistan 44 günlük müharibə ərzində qardaş Azərbaycanın ədalətli mövqeyinə tam mənəvi və diplomatik dəstək verərək Azərbaycanın yanında oldu.

Bu sözləri Axar.az-a Pakistanın ölkəmizdəki səfiri Bilal Haye 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.

Səfir bildirib ki, o, keçən il sentyabrın ortalarında Bakıya gəlib və müharibənin başlaması xəbərini səhər tezdən xəbərlərdə eşidib:

“Həqiqətən də çox fərqli bir təcrübə idi, qeyri-müəyyənlik və narahatlıq var idi. Müharibənin ilk günlərində etimadnaməmi hörmətli Prezident İlham Əliyevə təqdim etmək imkanı qazandım. Pakistan 44 günlük müharibə ərzində qardaş Azərbaycanın ədalətli mövqeyinə tam mənəvi və diplomatik dəstək verərək Azərbaycanın yanında oldu”.

Bilal Hayenin sözlərinə görə, işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətin idi:

“Ancaq Prezident İlham Əliyevin rəhbərliyi altında bu tarixi qələbəni qazanan igid əsgərləri və Azərbaycan xalqının cəsarətini alqışlayırıq, şəhidləri qürurla anırıq”, – deyə səfir bildirib.

Tarix
2021.09.28 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla