Yuxarı

Bennettlə Putinin görüşü: Çantanın içində nə vardı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetti Soçidəki iqamətgahında qəbul edib. Bu danışıqlar beş saata yaxın çəkib və təbii ki, orada nələrin müzakirə olunduğu açıqlanmayıb. Tərəflər ümumi ifadələrlə kifayətləniblər. Amma İranın nüvə proqramları və Suriya ilə bağlı müzakirələrin aparıldığı şübhə doğurmur.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, görüşdə İsrail Baş nazirini tikinti naziri Zeev Elkin müşaiyət edirdi. Nazirin görüş zamanı əlində tutduğu iri çanta KİV-lərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib, həmin çantanın içində nə ola biləcəyinə dair müxtəlif versiyalar səslənib.

Zeev Elkin özü bu barədə İsrail KİV-lərinə danışıb və deyib ki, çantada “havadan çəkilmiş, hərbi xarakterli fotolar” və Putin üçün suvenir yer alırdı:

"Paketdə Rusiya prezidenti üçün suvenir və hərbi xarakterli fotolar yer alırdı, hansı ki, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün bu fotolar zəruri idi. Fotolar İsrail üçün vacib olan məsələlərin müzakirəsinə kömək etdi, onların bir hissəsi Rusiya prezidentində qaldı".

Nazir məhz hansı fotolardan söhbət getdiyini dəqiqləşdirməyib, amma ekspertlər ehtimal edirlər ki, fotolarda Suriya ərazisindəki İran hərbi obyektləri əks olunmuşdu.

Zeev Elkin İsrail nümayəndə heyətini tərcüməçi qismində müşaiyət edib. O bildirir ki, Putinlə Bennett arasında baş tutan bu ilk görüşdə onların arasında yaxşı münasibətlər formalaşdı, hətta Putin İsrail baş nazirini evinə dəvət etdi.

"Demək lazımdır ki, Putin bizə öz iqamətgahını göstərdi, sonra Bennetti özünün şəxsi evinə dəvət etdi, bu da kifayət qədər gözlənilməz jest idi", - nazir bildirib.

İsrail naziri deyib ki, koronavirusa görə Putin demək olar heç kimi yaxınına buraxmır, ona görə də Naftali Bennettin köməkçilərindən heç biri bu görüşdə iştirak etmirdi. Nəticədə içərisində fotolar və suvenir olan çantanı o aparmalı olmuşdu.

Zeev Elkin danışıqların “praktiki nəticələrinin” olduğunu vurğulayıb, bildirib ki, bu nəticələr açıqlanmayacaq.

"Lakin şübhəsiz ki, nəticələr var. Həm İranın nüvə proqramlarına dair, həm Suriyadakı situasiyaya dair praktiki razılaşmalar əldə edilib. Məhz buna görə də görüş kifayət qədər uzun çəkdi. Əvvəlcə planlaşdırılmışdı ki, görüş iki saat olacaq, amma beş saat çəkdi. Çox ətraflı və əhatəli müzakirələr aparıldı".

Tarix
2021.10.25 / 12:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla