Yuxarı

Anormal istilərin səbəbi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı alim, geologiya-mineralogiya elmləri doktoru Vladimir Sıvorotkin son vaxtlar baş verən anomal hava şəraitinin səbəbini araşdırıb. Bu barədə "Deyta" informasiya agentliyi məlumat verib.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, mütəxəssis anomal hava şəraitinin Yerin təkindəki proseslər nəticəsində baş verdiyini bildirib. Onun fikrincə, bu proseslərin əsasında insan fəaliyyəti deyil, ilk növbədə Yerin nüvəsində gedən dövri proseslər durur.

Alim qeyd edib ki, hazırda üç böyük ozon dəliyi var. Onlar Yaponiya, Cənub-Qərbi Sibir və Qara dəniz sahilləri üzərində yerləşir. Məhz buna görə həmin bölgələrdə son vaxtlar güclü istilər olur.

Ekspertin sözlərinə görə, Rusiyanın mərkəzi hissəsi və Moskva iki anomal zonanın qovşağında yerləşir. Bu da qasırğa və şimşək kimi hava kataklizmlərinə, anomal temperatura səbəb olur.

Tarix
2015.07.29 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla