Yuxarı

Avropa Kiyevi satdı - Krımı artıq Rusiya ərazisi sayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız deputatlardan "nümunə" götürən italyan millət vəkilləri Krıma səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Kommersant" qəzeti yayıb. Nəşrin məlumatına görə, Roma rəsmiləri insanların necə yaşadığını öz gözləri ilə görmək üçün səfəri reallaşdıracaqlar.

İtaliyanın Beş Ulduz Partiyasının millət vəkili Manlio Di Stefano qəzetə verdiyi açıqlamasında səfərin detallarının müəyyənləşdirilməsi üçün Romadakı Rusiya səfirliyi ilə əlaqə yaratdıqlarını deyib. Onun sözlərinə görə, Krıma parlamentin Xarici əlaqələr komitəsinin üzvü Alessandro Di Battistanın rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət səfər edəcək.

Oktyabr ayında baş tutacaq səfərə radikal sağçı deputat Sergio Divina da qatılacaq.

Səfər Federasiya Şurasının üzvü Andrey Klimovun dəvəti ilə reallaşır.

Bu arada fransız və italyan parlamentarilərdən sonra Macarıstan millət vəkillərinin də Krıma səfəri gözlənilir. Parlamentin Xarici əlaqələr komitəsinin sədr müavini Marton Gyöngyösi bildirib ki, səfər yaxın həftələrdə baş tutacaq.

Tarix
2015.07.29 / 19:43
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla