Yuxarı

ABŞ və Rusiya gizli müzakirələr aparır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Rusiya gizli müzakirələr aparır

ABŞ və Rusiya kibertəhlükəsizliklə bağlı qapalı formatda danışıqlar aparır, Amerika tərəfində danışıqlara ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ann Nyuberger sədrlik edir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşr qeyd edir ki, iyun ayında Cenevrədə keçirilən Rusiya-Amerika sammitindən sonra hər iki tərəf müxtəlif mövzularda görüş keçiriblər.

Mənbələr Moskva ilə Vaşinqton arasında strateji sabitliyə dair danışıqların son illərin ən "dərin danışıqları” olduğuna diqqət çəkib. Eyni zamanda, qəzetin mənbələrinə görə, ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisinin müavini rusiyalı həmkarı ilə bir sıra gizli virtual görüşlər keçirib.

İddia edilir ki, ABŞ Rusiya nümayəndələrinə Amerikaya hücumlar təşkil edən bir neçə hakerin adını və məlumatlarını verib.

Tarix
2021.11.01 / 08:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla