Yuxarı

Parlament Saakaşviliyə görə boykot olunur – Tələb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlament Saakaşviliyə görə boykot olunur – Tələb

Gürcüstan parlamentinin Lelo – Gürcüstan üçün Əməkdaşlıq Fraksiyası parlamentin işini boykot etmək niyyətindədir.

Axar.az xəbər verir ki, boykotun dövlətin Mixail Saakaşviliyə adekvat münasibət göstərməyəcəyi və onu mülki klinikaya köçürməyəcəyi ana qədər davam edəcəyi vurğulanıb.

Partiyanın hökumətdən digər tələbinin növbədənkənar parlament seçkisi keçirmək olduğu bildirilib.

“Tarixdə üçüncü prezidentin hansı ittihamla həbs edildiyi heç kimin yadında qalmayacaq, amma çox mürəkkəb siyasi tariximizdə Saakaşvilinin səhhətinin daha da pisləşməsi və onun həyatı üçün təhlükə qara səhifə olaraq qalacaq”, - fraksiyanın üzvü Salome Samadaşvili deyib.

Samadaşvilinin sözlərinə görə, fraksiya boykotla hökumətə ölkənin ən ağır böhranda olduğunu göstərir və müvafiq reaksiya tələb edir.

Qeyd edək ki, bir müddət əvvəl Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası müxalifəti parlamenti tərk etməyə çağırmışdı.

Tarix
2021.11.02 / 16:52
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla