Yuxarı

İraq Türkiyənin yanında olduğunu bəyan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq prezidentinin köməkçisi Usamə ən-Nuceyfi Türkiyənin İraq səfiri Faruk Qaymaqçını Bağdaddakı ofisində qəbul edib.

Axar.az xəbər verir ki, Nuceyfi Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizəsindəki rolunun önəmli olduğunu bildirib.

Nuceyfinin ofisindən verilən yazılı açıqlamada İŞİD-lə mübarizədə Türkiyənin rolu və bu rolun gücləndirilməsinin əhəmiyyətli olduğu qeyd edilib:

"Terror təkcə İraqı deyil, beynəlxalq ictimaiyyəti və humanist dəyərləri də hədəf alır. Bu böyük təhlükəni ortadan qaldırmaq üçün əməkdaşlıq etmək lazımdır".

Türkiyə səfiri də ölkəsinin İŞİD-ə qarşı mübarizəsindəki səyi və terrorun kökünü kəsməyə qarşı işlərdə iştirakını vurğulayıb, həmçinin ölkəsinin yaxın günlərdə İraqa göndərilən suyun miqdarını artıracağını açıqlayıb.

Tarix
2015.08.05 / 11:05
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla