TRİPP başladı - İrandan sensasion reaksiya
22:23
| Ana səhifə Planet |
|
2004-cü ilin Venesuela gözəli Monika Spir və həyat yoldaşının öldürülməsində 7 şübhəli şəxs saxlanılıb. Baş vermiş cinayət bütün ölkəni şoka salıb.
"Axar.az" xəbər verir ki, cinayətkarlar videokameraların köməyi ilə ələ keçiriliblər. Cinayətkarlar Puerto-Kabelo liman şəhərinin yaxınlığındakı şosedə sürücüləri soyan dəstə olub. Onlar məhz həmin yerdə Spir cütlüyünü öldürüblər. Polisin sözlərinə görə, bu cinayətdə 11 nəfər iştirak edib. Bütün bu hadisələr Venesuela gözəlinin 5 yaşlı qızının gözləri qarşısında baş verib. Qeyd edək ki, uşaq sağ qalıb.
|
Tarix
2014.01.10 / 12:55
|
Müəllif
Ülkər Cəfərova
|