Yuxarı

PKK-nın “qara qutusu” Fransa ədalətinə inanmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK-nın “qara qutusu” Fransa ədalətinə inanmır

2013-cü il yanvarın 9-da Parisdə öldürülən üç PKK-lı qadınla bağlı günahlandırılan Ömər Güneyə aid olduğu bildirilən səs yazısı müzakirələrə səbəb olub.

"Axar.az"ın "Hürriyyət"ə istinadən verdiyi xəbərə görə, istintaqı icra edən məhkəmə müstəntiqi və istintaq hakimi Jan Duye Ömər Güneyin Fransadakı kürdlərin ətrafına sızmış türk agenti olduğu qənaətindədir. Halbuki Güney Duyeyə özünün kürd olduğunu bildirib. Militanlarla arasındakı yeganə fərqinin onların "kalaşnikov" avtomatı daşıdığını, özünün isə sənəd gəzdirdiyini deyib.

"Liberation" qəzeti Ömər Güneyin "Qurdlar Vadisi" filminin pərəstişkarı olduğu, 2012-ci il iyunda işindən ayrıldığı və aylıq 900 avro ilə dolandığını yazır. Ancaq bu müddət ərzində 9 dəfə Türkiyəyə gedib-gəldiyi, dörd ulduzlu otellərdə qaldığı və bu pulla bunları necə qarşıladığı soruşulur.

16 aprel 1982-ci ildə Şarkışda anadan olan Ömər Güney PKK-nı dəstəklədiyini göstərərək 8 yanvar 2013-cü ildə yerli saatla 04:23 ilə 05:33 arası zamanda kürd dərnəyindəki 329 üzvlük məlumat sənədinin foto-şəklini çəkib və bu məsələ ilə bağlı istintaqa danışıb.

- Niyə bu fotoşəkilləri çəkdiniz?

- Bayıra göndərmək üçün.

- Hara göndərmək üçün?

- Mən əmrləri yerinə yetirirəm.

- Kimin əmrlərini?

- Yuxarıdakıların.

Ömər Güney bir gecə dərnək səlahiyyətlisinin onu axtardığını və polis basqını səbəbindən gecə yarısı dərnəkdəki faylların fotoşəkillərini çəkməsini istədiyini iddia edir. Bununla yanaşı Güney həmin səlahiyyətli şəxsin adını açıqlamır.

Güney azadlığa buraxılacağına inandığını, ancaq Fransa ədalətinə inanmadığı üçün kimsənin adını vermək istəmədiyini deyərək, özünü PKK-nın qara qutusu olduğunu açıqlayıb.

Tarix
2014.01.15 / 10:20
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla