Yuxarı

Taliban bu şəhəri təslim etmir: qanlı döyüşlər gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taliban bu şəhəri təslim etmir: qanlı döyüşlər gedir

Taliban döyüşçüləri Kunduz şəhərindəki Bala Hisar qalasını alıblar.

Axar.az-ın verdiyi xəbərə görə, NATO-nun dəstəyinə baxmayaraq, Əfqanıstanın hökumət qüvvələri şəhərə nəzarəti itiriblər, yalnız hava limanı qalır.

Bala Hisar qalasında yerləşdirilən təhlükəsizlik qüvvələrinin müqəddəratı isə naməlumdur.

İndi də Kunduz şəhəri uğrunda ağır döyüşlər davam edir. Hücumlar nəticəsində Taliban lideri və onun köməkçisi qətlə yetirilib. Taliban bunu inkar edir.

"BBC Azərbaycanca" yazıb ki, Kunduzun ələ keçirilməsi, silahlıların 2001-ci ildən bəri əldə etdiyi ən böyük qalibiyyətdir. ABŞ şəhərin tutulmasını uğursuzluq adlandırıb.

Kunduz polis rəisinin sözçüsü Seyid Sərvər Hüseyni isə "Röyters" agentliyinə bildirib: "Yüzlərlə Taliban silahlısı qətlə yetirilib və onların cəsədləri küçələrdədir".

Lakin Talibanın yaydığı videoda silahlılar şəhərdə ələ keçirdikləri tankları, zirehli texnika və polis maşınlarını nümayiş etdirib.

Bir şahidin "BBC"-yə bildirdiyinə görə, Taliban və küçə döyüşlərindən ehtiyat edən sakinlər evlərini tərk etmirlər.

Talibanın yeni lideri Molla Axtar Mənsur bildirib ki, hökumət məğlubiyyətini etiraf etməlidir.

Prezident Əşrəf Qani deyib ki, Kunduzun geri qaytarılmasında irəliləyiş var. Lakin Talibanın yerli sakinlərdən canlı qalxan kimi istifadə etməsi təhlükəsizlik qüvvələrinə əngəl olur.

Qeyd edək ki, NATO Əfqanıstanda döyüş missiyasını dekabrda başa vurub və qoşunların əksəriyyətini ölkədən çıxarıb. Qərb ölkələrinə məxsus qüvvələrin Əfqanıstanı tərk etməsinin ardından ölkədə zorakılıq hallarının sayı artıb.

Tarix
2015.10.01 / 01:07
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla