Yuxarı

Rusiya və Ukraynadan Tiflisə zərbə - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Ukraynadan Tiflisə zərbə - Foto

Gürcü şərabının Rusiya və Ukraynaya ixracının azalması Kaxetiyanın üzümçülərinə ciddi zərbə vurub.

Axar.az-ın xəbərinə görə, indi Gürcüstanda üzüm yığımı mövsümüdür, amma üzüm tənəklərdə çürüyür.

Kəndlilər BBC-yə deyiblər ki, hazırkı alış qiymətləri ilə üzüm yetişdirmək sadəcə olaraq mənasızlaşıb, xərci borcunu ödəmir.

"Ötən il fermerlər bir kilo üzümü bir laridən verirdilər. İndisə qiymət ölüb, əksinə, tənəkləri baltalayırlar", - Qurcuani rayonundan Givi Nadaşvili gileylənib. Halbuki 2014-cü ildə gürcü şərabının Rusiyaya eksportu bərpa olunanda ixrac rekord həddə çatmışdı. Bu ilin ilk səkkiz ayı ərzində şərab ixracı 46 faiz azalıb. Kaxetiyada çoxları üçün üzüm çörək ağacıdır.

74 yaşlı Georgi Vardiaşvili deyib ki, ömrünün çox hissəsini üzümçülüyə həsr edib. 6 hektar tənəkliyi var. Onun üzümlüyündə hakim "Gürcüstan arzusu" koalisiyasının bayrağı dalğalanır. Onları 2012-ci il seçkilərində dəstəkləyib. Lakin koalisiya onun gözləntilərini məyus edib. Deyir ki, belə koalisiya onun nəyinə lazımdır?

Gürcü çaxırının Rusiya bazarına qayıtması şərabçılığı dirçəltmişdi, hökumət bununla fəxr edirdi. Ukraynada isə vəziyyətin tezliklə stabilləşəcəyinə ümid azdır.

Tarix
2015.10.08 / 00:13
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla