Yuxarı

Rusiya Ukraynanı danışıqlara çəkmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Belarusa ikili təchiz olunmuş “İsgəndər-M” sistemlərini təhvil vermək niyyətində olduğunu və Su-25 hücum təyyarələrinin bir hissəsinin nüvə daşımaq üçün texniki imkanlara uyğunlaşdırılacağını açıqladı.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

"Onlar dedilər ki, Belarus təyyarələrinə nüvə başlığı daşımaq qabiliyyətini ötürə bilərlər. Bu o deməkdir ki, onlar Şərqi Avropa ölkələrini belə təhdid edirlər, Şərqi Avropa ölkələrinin qorxuya düşəcəyini gözləyirlər. İndi Rusiya nəyin bahasına olursa olsun, Ukraynanı danışıqlar masası arxasına oturtmaq istəyir. Rusiyada indi hər şey bir ideyaya tabedir: gəlin, birtəhər Ukraynanı danışıqlar masası arxasına qoyaq. Hələlik onların etdikləri hər şey sırf buna yönəlib, çünki onlar artıq tükəniblər, hər hansı hücumu davam etdirmək üçün kifayət qədər gücləri yoxdur. Ruslar həm də görürlər ki, Ukraynanın əks-hücum hərəkətləri etmək gücü var, onlar Ukraynanı dayandıra bilmirlər və bu yolla yekun məğlubiyyəti təxirə salmağa çalışırlar”, - ekspert bildirib.

Zaqorodnyuk qeyd edib ki, Rusiya nüvə şantajını davam etdirməklə yanaşı, qüvvələrini artırmaq üçün yol axtarır:

"Onlara dincəlmək, güclərini artırmaq, az-çox güclü ordu bölmələri hazırlamaq, səfərbər edilmişləri bərpa etmək və təlim etmək üçün vaxt lazımdır".

Tarix
2022.10.17 / 08:15
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla