Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir
23:40
| Ana səhifə Planet |
|
Əgər yaxın günlərdə miqrantlarla bağlı konkret addımlar atılmazsa, Avropa Birliyi dağılmağa başlayacaq.
Axar.az xəbər verir ki, bu sözləri AB-nin miqrantlarla bağlı iclasında Sloveniyanın Baş naziri Miroslav Cerar deyib.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker isə "Bild"ə açıqlamasında təcili addımlar atılmazsa, miqrantların Balkanların soyuq çaylarında donaraq ölə biləcəklərini bildirib.
Qeyd edək ki, Macarıstanın ötən həftə sərhədlərini bağlamasından sonra suriyalı qaçqınlar Sloveniyaya üz tutub. 4 gün ərzində (17-21 oktyabr) Sloveniyaya 34 min qaçqın daxil olub.
|
Tarix
2015.10.26 / 22:24
|
Müəllif
İlham Sahiloğlu
|