Yuxarı

Livan parlamenti 9-cu dəfə prezidenti seçə bilmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan deputatları artıq 9-cu dəfədir ki, prezidenti seçə bilməyiblər.

Axar.az xəbər verir ki, növbəti iclas zamanı keçirilən səsvermədə 50 yaşlı Mişel Müavvad 39 səs toplayıb. Daha 39 deputat isə bülletini boş təqdim edib, 4 bülleten ləğv edilib. Qalan deputatlar digər namizədlərə səs verib, ümumilikdə 105 deputat iclasda iştirak edib.

Millət vəkili İhab Matar bildirib ki, hər görüşdə Müavvada səs verən parlamentarilər onu dəstəkləməkdə davam edirlər, lakin ümumilikdə konsensus olarsa, tələblər siyahısına tam uyğun gələn başqa bir siyasətçini dəstəkləməyə hazırdırlar.

"Bizə ciddi prezident lazımdır, islahatları həyata keçirməyə hazır, dövlətin yenidən qurulması, ərəb ölkələri ilə, regiondakı qonşularla münasibətləri bərpa etmək planı olan", - deputat bildirib.

Qeyd edək ki, Livan konstitusiyasına görə, namizədlər 128 deputatın səsinin 3-də 2-ni qazanmalıdır. Səsvermədən keçəcək namizəd növbəti turda 50 faizdən çox səs toplamalıdır.

Tarix
2022.12.09 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla