Yuxarı

Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana yola salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Azərbaycana yola salınıb.

Axar.az xəbər verir ki, yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, diaspor fəalları, uşaqların valideynləri iştirak ediblər.

Səfirliyin müşaviri Fərid Babayev bildirib ki, üç ildən çoxdur ölkəmiz müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir. Bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.

“Bu gün də növbəti qrup Azərbaycana yola düşür və orada onları yeni dostlar, parlaq təəssüratlar və Azərbaycan xalqının qəlbindən gələn qayğı gözləyir”, - deyə Fərid Babayev əlavə edib.

Ukrayna Milli Qvardiyasının xidmət rəisi Anjela Kravçenko bildirib ki, qrupa 9-16 yaş arasında olan 30 ukraynalı uşaq daxildir. Onlar reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcəklər.

“Azərbaycan Respublikasına dərin minnətdarlığımızı bildiririk. Bu ölkə çətin günlərdə bizə əl uzadaraq, uşaqlarımızın reabilitasiyasına və mənəvi bərpasına imkan yaratdı. Buradakı isti münasibət, qayğı və uşaqların üzündə parlayan sevinc dolu təəssüratlar bizim üçün əvəzolunmazdır. Gələcəkdə də bu əməkdaşlığın davam edəcəyinə və yeni dəvətlərin olacağına ümid edirik”, - deyə Anjela Kravçenko əlavə edib.

Tarix
2025.07.09 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla